16 February 2012

Azərbaycanca: Svetlana-la müsahibə (interview 2)


Sveta Okean

1983-cü ildə Ermənistan Respublikasında doğulub, bir müddət Mehri kəndində yaşayıb, hazırda İrəvanda yaşayır.

Atası onun adını Svetlana qoyub, ancaq bu atasının natamam sevgisinin adı idi. Onun arvadı bunu bilirdi və


qızını qəribə tərbiyə edirdi. Əlbəttə ki, o qızını sevirdi, amma həmişə qızını “Sveta” çağırırdı. O ərinin sevdiyi rus qadınlarını xatırlayır və onun əhvalı alt-üst olurdu. Onun kiçik qızı bu haqqda bilmirdi və fikirləşirdi ki, anası onu sevmir.

Svetlana anasından soyumuşdu, 16 yaşında sevməyə başlayanda hisslərini anası ilə paylaşmadı. O narahat idi ki, anası onu başa düşməsin. Anasına hissləri haqqında danışmağa qorxurdu. Buna baxmayaraq, ana və başqasını sevən qızı gecələr bir-birini qucaqlayıb yatmağı xoşlayırdılar. Onların bu münasibəti  19 il əvvəl Qarabağ müharibəsi başlayana qədər davam elədi. Müharibə başlayanda Svetanın anası Mehridən İrəvana getdi və geri qayıtmadı. Svetanın anası, rəfiqəsi və rəfiqəsinin əri müharibədə həlak oldu. Svetlana bir daha heç vaxt anasını görmədi.


İki bacı - kiçiyi 6 yaşında və Sveta 8 yaşında idilər. Onlar nənəsinin evinə köçdülər.
“Mən özümü azadlığın açıq qollarında hiss etdim. Babam və nənəm işləyirdi. Onların bizə nəzarət etmək üçün vaxtı yox idi. Bu azadlıq mənə daxili ağrı-acılarımla barışmağa imkan verdi, mən və keçmişim arasında divar çəkdi. Oyunlar başımı qatırdı. Ancaq bir gün başa düşdüm ki, kimsə məni incidəndə, xətrimə dəyəndə mən özümü olduğum kimi yalnız hiss edirəm. Həyatım haqqında fikirləşib bəzi şeyləri analiz etməyə başladım."
Qərara aldım ki, Allahı inkar edim. Allah məni məyus etmişdi və O özü ilə məhdudlaşdırılmışdı. O ancaq özünə güvənə bilirdi və hərdən intihara cəhd edirdi. Ancaq bu dönəmin necə çətin olmasına baxmayaraq, mən həmişə həyatı sevmişəm və həmişə fikirləşirəm ki, insanlar bu dünyaya səbəbsiz gəlməyiblər. Hər həs bir məqsəd üçün doğulub.”
“Mən acı təcrübəmdən irəli gələrək, başa düşdüm ki, baş verən hər şeyin bir səbəbi var. Olanlar bir sınaq idi. Mən xeyir və şər arasındak mübarizənin öhdəsindən gəldim. Qərara gəldim ki, öz həyat missiyamı tapım. Baş verənlər məni arzularımdan uzaqlaşdırsa da, mən qərara aldım ki, səbirlə gözləyəcəm və həyatımı yoluna qoyacam. “  - Sveta belə deyir.


Sveta ilk dəfə gənclik illərində özünü ciddi şəkildə qız kimi hiss etməyə başladı. O uşaq vaxtı hiss etdiyi qəribə hissi yenidən yaranırdı. Bu hiss onu narahat edirdi. Sevdiyini hiss edirdi, ancaq bir az fərqli: o hiss edirdi ki, duyduğu sevgi oğlanlara qarşı deyil, qızlara qarşıdır.

“Mənim yaşadığım ölkədə insanlar məni xəstə hesab edirdi. Mən də fikirləşirdim ki, xəstəyəm, fərqliyəm və cəmiyyət məni özündən uzaqlaşdırıb qəribələşdirmişdi, hər şey eyni idi. Mən düşündüm ki, cəmiyyət tərəfindən heç vaxt qəbul edilməyəcəm əgər mən öz yolumdan çəkilməsəm. Amma bu yola məni Allah və cəmiyyət sürükləyib. Mən bir qadın sevmək, ailə qurmaq və sonda xoşbəxt olmaq istəyirdim. Buna inana bilmirdim.”  - O deyirdi.

20 yaşlı Svetlana İrəvana köçdü. Bacısı burada universitetə qəbul olmuşdu. Yavaş-yavaş, ancaq əminliklə o İrəvana uyğunlaşmağa başladı. O internetdə daha təhlükəsiz şəkildə özü kimi insanlarla tanış oldu. Onun özünə seçdiyi “Okean” ləqəbi onu real dünyadan online aləmə aparırdı. Bəlkə də bu doğrudur ki, insanın seçdiyi ad onun taleyində böyük rol oynayır. “Okean” adı Svetaya yeni nəfəs verdi, yeni həyatı başladı, yeni imkanlar yarandı, həyatında yeni insanlar peyda oldu. Həmin insanlardan çoxu rəssam idi. O özünü suda olan balıq kimi hiss edirdi, həyacanlı idi. İncəsənət həmişə onu özünə cəlb edirdi, o həmişə yaradıcılıq ehtiyacı hiss edirdi. O özünü daha aktiv ifadə etməyə başladı. Əsas marağı fotoqrafiyaya idi.
Lap tezliklə, bir neçə ay keçəndən sonra Okean özünü göstərməyə başladı, əsasən internetdə, xüsusilə də facebookda.  O artıq sərgilərdə iştirak üçün dəvət alırdı.  2010-cu ilin oktyabr və noyabr ayında O, dörd fərqli sərgidə iştirak etdi. O Rəssamlar Birliyi tərəfindən maliyyələşən “Bədən: Ermənistanda Yeni Video Sənəti” sərgisində “Souldans” (Ruhun rəqsi) adlı əsərlərini nümayiş etdirdi. Arman Qriqoryan  çılpaqlıq prinsiplərilə “Frontal Nudity” layihəsinin müəlliflərini seçdi. Bu səbəbə görə də o Ocean-nın çox istedadlı olduğunu bilir və onun öz rəssamlıq qabiliyyətinin uzun müddət dərs almış bəzi professional fotoqraflardan daha çox şeyə nail olacağına inanırdı.
Okean yaratdığı bu həyatnda öz missiyasını tapmışdı. Hətta baxmayaraq ki, onun hələ də işi yoxdur, xüsusilə bu hal ona iş yerlərində qəribə yanaşıldığından bəri çətinlik yaradır. Buna baxmayaraq o özünü yararlı və cəmiyyətə tam faydalı bir üzv olduğunu hiss edirdi. Dostları ondan köməyini əsirgəmirdilər. Bugün Ermənistanda rəssam qadın və ən əsası da lezbiyan olmaq çətindir, belə ki, bu hal hər tərəfdən dözümsüzlüklə qarşılanır.
Digər tərəfdən isə biz hələ bütün bunların başa düşülməsi üçün xeyli yol qət etməliyik, çünki cəmiyyət seksual orientasiya və cinsi bənzərliklə bağlı mövzularda yetərli məlumata sahib deyil. Bu barədə cəmiyyətdə olan istənilən məlumat əsasladırılmamış və yalnışdır.
Hamı Okeanı lezbiyan kimi tanıyır. Xoşbəxtlikdən, bu incəsənət aləmində bir əhəmiyyət kəsb etmir. Əksinə bu sahə üçün,  onun lezbiyan olması daha yaxşıdır. Onun işi həmişə birinci gəlirdi onun üçün.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...