16 February 2012

Azərbaycanca: Nazilə ilə müsahibə (interview 6)

Dilənçi / Beggar-woman
Özünüz barədə danışın.
- Adım Nazilədir. Çox gözəl yoldaşım və bir oğlum var idi. Maddi imkanımız da normal idi. Amma gördüyün kimi indi dilənçilik edirəm.

1988-çi ildə yoldaşım abtomobil qəzasında həlak oldu. O vaxtdan biz sarsıldıq. Oğulum Ramin məktəbə gedirdi o vaxt. Mən oğlumu dolandırmaq üçün bir müddət xadimə işlədim. Oğlum 1990çı ilə orta məktəbi bitirdi və ermənilərlə sərhəd olan Geranboy rayonuna hərbi xidmətə getdi. Sonra müharibə başladı. Bu vaxt mən oğlumdan çox narahat idim. Uzun vaxt ondan xəbər ala bilmədim. Tovuzda yaşayan qohumlarımız var idi. Onlardan xahiş etdim ki, Raminlə maraqlansınlar. Sonra öyrəndim ki, oğlum Xankendi üzərində gedən döyüşlərdə ağır yaralanıb və hərbi hosbitala aparıblar.
(ağlıyaraq..) 20 ildir ki, oğlum yataqdan qalxa bilmir. Mən emənilərə nifrət edirəm. Onlar mənim tək balamı niyə bu günə qoyublar?! (ağlamağa davam edir)
Hazırda oğlum I qrub əlildir. Aldığı pensiya öz dərmanlarına catır. Mən də evi dolandırmaq üçün dilənirəm. Artıq əlimdən bir iş də gəlmir, qocalmışam.
Uşaqlığınız necə kecib bəs?
- Biz iki bacı idik. Atam müəllim idi deyə, bizə çox şey öyrətmişdi. Mən təhsilimi davam etdirmək istəyirdim ama alındmadı. O vaxtlar cətin idi. Mənim babam da II dünya müharibəsində həlak olub. Mühariblərə mənim talehimə yazılıb.  İndi yaşım 60dan çoxdur. Çox vaxt oğlumun yanında olmalıyam. Ona qulluq etməliyəm. Ona qullu etmək üçün yaşayıram. Özümü yoldaşım öləndən bəri unutmuşam sanki. İnsanlar ətrafdan mənə gülür, bəziləri isə yazığı gəlir.
Müharibə barədə nə deyə bilərsiz?
- Müharibəyə nifrət edirəm, müharə məni bu günə qoyub. Əvvəl almanlar sonra da ermənilər və ruslar.. Oğlum  həmişə rusların ermənilərə kömək etdiyini deyir. O deyir ki, biz Qarabağda ermənilərlə yox ruslarla vuruşurduq.
Deyirlər ki, Azərbaycan təzədən ermənilərlə müharibəyə başlayacaq. Mən istəmirəm! Düzdü ermənilərə nifrət edirəm, onları öldürməyə istəyirəm. Amma onların da anaları mənim günümə qalacaq. Mən müharibəyə görə həmişə əzab cekmişəm, bizdən sonrakılar cekməsin.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...