Haqqımızda



Bu bloq Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi yaradılmış “Yeni Mediada Aktiv Gənclərin Aktivliyi” proqramının bir hissəsidir. Bloq “azərbaycanlı erməni qadınların hekayələri” adlanır.

İstər konfliktdə, istər sülhdə, yaxud hazırkı vəziyyətdə Ermənistan-Azərbaycan sərhədinin hər iki tərəfindən qadınların səsi ciddi  danışaqlarda eşidilmir. Adətən qadınlar düşünürlər ki, həm şəxsi və ailə məsələlərində, onların təsiri az olacaq. Amma biz düşünürük ki, qadınların səsinin önəmlidir və onların hekayətlərini ictimayətlə bölüşmək vacibdir.
Bundan başqa qadınlar üçün başqa qadınların hekayələrini eşitmək də önəmlidir. Bu bloq imkan verir ki, onlar hiss etsinlər ki, tək deyillər və konfliktin qarşı tərəfində olan qadınlar da oxşar hekayələrə sahibdirlər. Bloq vasitəsi ilə Ermənistan-Azərbaycan birliyində biz qadınlara öz hekayələrini paylaşmaq və qarşı tərəfin hekayələrini eşitmək imkanı qazanırlar. Həmçinin siz öz hekayətlərinizi bizə göndərə bilərsiz.

Layihənin simvolu hər iki ölkəniin ortaq simvolu olan nardır. Bu meyvə qadınlar da daxil olmaqla bizim xalqların mübarizəsinin, onlarn ümumi hekayələrinin və məsələnin həllinə olan ümidlərinin simvoludur.
2011-ci ilin dekabr ayından 2012-ci ilin mart ayına qədər Ermənistandan və Azərbaycandan olan bloqcular və aktivistlərdən ibarət iki komanda paytaxt Bakı və Yerevanda, həmçinin digər regionlarda müxtəlif yaşlarda qadınlardan müsahibə alacaqlar. Biz onlara yaşayışları, ümidləri, arzuları, ailələri və ölkələri haqqında suallar verəcəyik. Müsahibənin səmimi olması bizim üçün əsas şərtlərdəndir.
Buna görə layihə “qadın hekayələri” adlanır. Siz hər iki tərəfdən götürülmuş müsahibələri üç dildə: azərbaycan, erməni və ingilis dillərində oxuya və paylaşa bilərsiz.

Müsahibələr hazır olduqca ardıcıl olaraq bloqa yerləşdiriləcək.
Suallarınız üçün: armazwords@gmail.com ünvanına yazın.
Diqqətiniz üçün təşəkkür edirik!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...