Dilənçi / Beggar-woman |
Özünüz barədə danışın.
- Adım
Nazilədir. Çox gözəl yoldaşım və bir oğlum
var idi. Maddi imkanımız da normal idi. Amma gördüyün kimi indi dilənçilik edirəm.
1988-çi ildə yoldaşım abtomobil
qəzasında həlak oldu. O vaxtdan biz sarsıldıq. Oğulum Ramin məktəbə
gedirdi o vaxt. Mən oğlumu dolandırmaq üçün bir müddət xadimə işlədim.
Oğlum 1990çı ilə orta məktəbi bitirdi və ermənilərlə sərhəd olan
Geranboy rayonuna hərbi xidmətə getdi. Sonra müharibə başladı. Bu vaxt
mən oğlumdan çox narahat idim. Uzun vaxt ondan xəbər ala bilmədim.
Tovuzda yaşayan qohumlarımız var idi. Onlardan xahiş etdim ki, Raminlə
maraqlansınlar. Sonra öyrəndim ki, oğlum Xankendi üzərində gedən
döyüşlərdə ağır yaralanıb və hərbi hosbitala aparıblar.
(ağlıyaraq..)
20 ildir ki, oğlum yataqdan qalxa bilmir. Mən emənilərə nifrət edirəm.
Onlar mənim tək balamı niyə bu günə qoyublar?! (ağlamağa davam edir)
Hazırda
oğlum I qrub əlildir. Aldığı pensiya öz dərmanlarına catır. Mən də evi
dolandırmaq üçün dilənirəm. Artıq əlimdən bir iş də gəlmir, qocalmışam.
Uşaqlığınız necə kecib bəs?
-
Biz iki bacı idik. Atam müəllim idi deyə, bizə çox şey öyrətmişdi. Mən
təhsilimi davam etdirmək istəyirdim ama alındmadı. O vaxtlar cətin idi.
Mənim babam da II dünya müharibəsində həlak olub. Mühariblərə mənim
talehimə yazılıb. İndi yaşım 60dan çoxdur. Çox vaxt oğlumun yanında
olmalıyam. Ona qulluq etməliyəm. Ona qullu etmək üçün yaşayıram. Özümü
yoldaşım öləndən bəri unutmuşam sanki. İnsanlar ətrafdan mənə gülür,
bəziləri isə yazığı gəlir.
Müharibə barədə nə deyə bilərsiz?
- Müharibəyə
nifrət edirəm, müharə məni bu günə qoyub. Əvvəl almanlar sonra da
ermənilər və ruslar.. Oğlum həmişə rusların ermənilərə kömək etdiyini
deyir. O deyir ki, biz Qarabağda ermənilərlə yox ruslarla vuruşurduq.
Deyirlər ki, Azərbaycan təzədən ermənilərlə müharibəyə başlayacaq. Mən istəmirəm! Düzdü ermənilərə nifrət edirəm, onları öldürməyə istəyirəm. Amma onların da anaları mənim günümə qalacaq. Mən müharibəyə görə həmişə əzab cekmişəm, bizdən sonrakılar cekməsin.
Deyirlər ki, Azərbaycan təzədən ermənilərlə müharibəyə başlayacaq. Mən istəmirəm! Düzdü ermənilərə nifrət edirəm, onları öldürməyə istəyirəm. Amma onların da anaları mənim günümə qalacaq. Mən müharibəyə görə həmişə əzab cekmişəm, bizdən sonrakılar cekməsin.
No comments:
Post a Comment