03 February 2012

Azərbaycanca: Martirosyan-la müsahibə (interview 1)


Müsahibənin Azərbaycanca versiyası:
For English: http://armazwomen.blogspot.com/2012/01/armenian-version-of-interview.html

Martirosyan A. S.-la müsahibə

Martirosyan, Azərbaycanınn Əngəlskənd kəndində doğulub, sonralar Şəmkir rayonuda yaşayıb, hazırkı yaşayş yeri  Ermənistanın, Yerevan şəhəridir.


- Məim valideynlərim  uzu zamandır Kəlbəcərdə məskunlaşıblar. Onlar ermənidir. Atam və bibim Əngəlkəndə gələndə anamla tanış olub. Bu valideynlərimin evlənməyi ilə nəticələnib. Biz yaşamaq üçün Əngəlkəndə getdik. Həmin kənd iki küçədən ibarət azərbaycanlların və ermənilərin birgə yaşadığı, almanların dincəldiyi kiçik bir yer idi. Mən bilmirəm onlar hardan və necə gəlib, tək bildiyim odur ki, onlar da orada yaşayırdı. Mən məktəbə orada getmişdim. 

Məktəbdə Azərbaycan və rus bölməsi var idi, ancaq erməni bölməsi yox idi. Mən erməni dilini yayda Qarabağa qohumlarımın yanına gedəndə məcbur özüm öyrənmişəm.  1941-ci ildə müharibə başlayanda mən məktəbin üçüncü sinifində idim. Onlar bütün almanları kənddən deportasiya etdilər. Biz kiçik uşaqlar idik, boş evlərə gedib ətrafı gəzirdik, hərdən kukla paltarları tapanda çox sevinirdik, hətta kukla paltarlarını oynamaq üçün özümüzlə götürürdük. Onların it və pişikləri tərkedilmiş qəmgin görünürdülər və həyətlərdə yiyəsiz qalmışdılar. Sonra biz şahidi olduq ki, Türklər gəlib almanların evindən özlərinə ev etməyə başladılar.  Vuruşa bilən bütün kişilər, atam, əmim və ağlayan qadınlar Şəmkirə getdi. Onda mənim 9 yaşım var idi. Mən məktəbə orada getdim, ancaq həyatımda cəmi 6 il təhsil ala bildim.  


Üç il sonra müharibə hələ bitməmişdi, biz bildiriş aldıq ki, atam döyüş ərazisində xəbərdarlıqsız yoxa çıxıb. Mən ögey anamla yaşayırdım. O atam müharibədən qayıtmayanda Qarabağa getdi. Bibim mənə sahib çıxdı. 17 yaşım olanda evləndim. Dörd uşağım var: üç oğlan və bir qız. Ərim gənc yaşında vəfat etdi. Onun ürəyi dayanmışdı. Böyük oğlum indi Ermənistandadır. O Yelova şəhididir. Mən şikayət etmirəm. Onlar Yeni İli qeyd etmirlər və həmin günü mən yalnız oluram. Ortancıl övladım da ürəktutmasından öldü. Kaş kor olaydım bunları görməyəydim. O musiqiçi idi. O toylarda ermənilər, türklər üçün ifa edirdi. Günorta saat 4-dən səhər saat 4-ə kimi oynaya və mahnı ifa edə bilirdi. Onlar da ona 20 manat verirdilər. Kiçik oğlum ailəsi ilə birlikdə  Belçikada, Brusseldə yaşayır. Onlar 1991-ci ildən ora gediblər ki, pul qazansınlar. Mən istəyirəm hər kəs yaxşı, sağlam olsun, heç vaxt müharibə və düşmənlə üzləşməsinlər. Həmçinin istəyirəm ki, yalnız olmayım.


Bir gün Sergey adlı erməni oğlan bir türkü öldürür, çünki onlar onu döymək istəyirmiş. O evindən silahı götürür və həmin kişini (türkü) qətlə yetirir. Biz həmişə o silahı hazır saxlayırdıq ki, bizə hücum edəndə  özümüzü qoruya bilək. Bizə xəbər çatdı ki, biz gərək uzağa gedək, çünki türklər Şəmkirdə ermənilərə hucum edəcək. 1988-ci ilin sentyabr ayında biz göstəriş aldıq ki, hər şey yoluna düşənə kimi evlərimizi tərk edək və avtobusla Ermənistana gedək.  Mən qapları bağladım, açarları sevimli Türk qonşumuz Səmədə verdim. Sarı avtobuslara mindik və Ermənistanın sərhəddinə gəldik. Sərhəddə Azərbaycanlılar radio vasitəsilə dedilər ki, onlar qardaş və bacılarını alıb bizi tutmağa gəlirlər. Kimisi ayaqqabısız, kimi ev başmaqları ilə, kimisi ev xalatı ilə, sərhəddə soyuqdan donurduq. Sərhəddi keçdik, onlar bizi əsgər maşınları ilə Yerevana apardılar. Yolda mən Dilicanda maşından düşdüm. Orada qohumlarım var idi. Avtobusla Yerevana gəldim. Sürücü məndən qaçqın olduğumu soruşdu. Mən “hə” dedim. O dedi ki, “Bacı, maşından düşə bilərsən, mən səndən pul almağım doğru deyil.”

Biz Yerevanda maşından düşdük. Əsgərlər bizə dedi, “niyə gecə gəldiniz, indi komendat saatıdır. “Onlar bizi qaçqınlar düşərgəsinə apardılar. Səhər mən Yerevanda yaxın qohumlarımın yanına getdim. Gecə  yaxşı yatmamışdım. Yuxuda evimi, uşaqlarımı və evimin açarını verdiyim qonşum Səmədi gördüm. Fevralda Sumqayıtda qarşıdurmalar başladı. Onlar bizə dedi ki, evimizi sataq, yaxud dəyişdirib Ermənistana gedək. Mən Şəmkirə qayıtdım. Səməd evimə yaxşı baxmışdı.
Biz dekabrı orda keçirdik, sonra yanvar, fevral ayları da orda qalmalı olduq. 1988-ci il idi. Təkcə kiçik oğlum mənlə idi. Böyük oğlum Kislovedskiyə getmişdi. Tək qalmışdım.  Və sonra Səməd qızı ilə gecə bizə gəldi. O dedi, bacı, mən səni qorumağa gəlmişəm ki, bu vəhşilər sənə toxunmasınlar. Onun cibində qamçısı var idi. O qamçı ilə evə girən istənilən adamı vura bilərdi. Vuruşma gecəsi idi. Növbəti bazar günü, bütün türklərin, ermənilərin evində və mülkündə gözü var idi. Bir nəfər gəlib dedi ki, o Vardenisdəndi, istəyir ki, mənimlə evini dəyişdirsin. Mən nə edəcəkdim? Kislovodska oğluma zəng elədim. O dedi: “yox, ana, evi sat, ancaq Vardanisə getmə.”. Mən evi satdım. Bir türk dedi ki, mən buna 15 000 manat verərəm. əgər istəyirsənsə, istəmirsənsə hara gedirsən get bu ev bizə qalacaq onsuz da. Mən dedim yaxşı. Mənim evimin dəyəri 40 000 manatdır. Mən 15 000 manata satdım evi, əlavə əşyaları isə 100 manata satdım.
İkinci gün, böyük oğlumun yaxın dostu türk gəlib dedi ki, “xala can” gəl qal bizim evdə bu gecə. Bizdə heç kim səni incidə bilməz, sabah avtobus tutarıq gedərsən. Evi satmısan, hər şey hazırdır, qayıt Ermənistana, indi burda vəziyyət gərgindi. O gecə pəncərənin yanında döşəmənin üstündə yatdı ki, birdən həyətdən səs gəlsə, tez çıxıb Türklərin evə hücumunun qarşısını alsın. Gecə heç nə baş vermədi, sakit keçdi. Səhər işıqlaşmamışsan əvvəl o oyandı və mənə dedi ki, heç kəsə pulun olduğunu deməyim. O mənə dedi ki, hamıya deyim ki, evimi və əşyalarımı dəyişdirmişəm. “əgər onlar bilsələr ki, səndə pul var, səni vurub pulunu alacaqlar. Mən sakitcə getdim, avtobusla sərhəddi keçib Ermənistana gəldim. Bu sonuncu dəfə idi ki, Azərbaycana getmişdim. Biz sonradan belə xəbərlər eşitdik ki, Şəmkirdə evlərini satanları döyüb, öldürüb pulunu götürüblər. Mən oğlumun dostunu indi də xatırlayıram və Allaha şükür edirəm ki, Xalid mənə kömək etdi. Orada Afora adlı bir türk qız da var idi. O mənim pulumu qohumlarıma göndərdi, həmin pul mənə çatdı. Həmçinin ona da təşəkkür edirəm.

Mənim bütün həyatım belə keçib. Qaçaqaçda. Türkləri sevirəm və həmçinin onlara nifrət edirəm. Onları sevirəm, çünki onlar yaxşı insanlar idi, mərhəmətli idilər. Nə vaxt ki, onlar millətçi olmağa başladılar, onlar vəhşi kimi olurlar. Onlarla küçədə qarşılaşanda, görüşəndə çığırırdılar ki, “rədd olsun ermənilər, Qarabağ bizimdir”.  
Nə fərqi var kimindi? əgər mən Azərbaycanda ermənicə bilməsəydim, indi orda rahat yaşayırdım.
Nə fərqi var kimindi? Mən istəyirəm ki, müharibə, döyüş olmasın. İstəyirəm ki, sülh içində yaşayaq, onlar bizə nifrət etməsin, biz də onlara.  Birlikdə işləyək, Azərbaycanı tikək. Niyə onlar bizi qovsunlar ki?
Müsahibənin sonunda yaşlı qadın cib dəsmalını çıxardı və ağladı və azərbaycanca dedi: “istəyirəm ki, dinc yaşayaq”
Türklər – bu sözü yaşlı qadın “azərbaycanlı” sözünə sinonim kimi işlədib. Etnik mənsubiyyəti ifadə edir.
Manat – Azərbaycanın pul vahidi. Ermənilər bu sözü bütün pul vahidlərinin sinonimi kimi istifadə edirlər.
Khana jan - əziz xanım. Maraqlıdır ki, ermənilər və azərbaycanlılar bu sözü CAN ilə birlikdə işlədirlər.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...