“Mən müharibədə babamı itirmişəm. Anam deyir ki, babam vuruşa-vuruşa Ağdama qədər gedib. Ağdamda görüb ki, bütün uşaqları sağ-salamatdır, tək bir qızının ailəsi yoxdur. Babam bibimgili tapmaq üçün geri qayıdıb, ancaq erməni ordusunun açdığı gülləyə tuş gəlib. Babamınn tapmaq üçünn geri qayıtdığı bibimin ailəsindən isə ümumiyyətlə xəbər yoxdur. Biz indi belə bilmirik ki, onlar yaşayırlar, yaxud öldürülüblər. Ola bilsin, əsirdilər. Ancaq biz dəqiq heç nə bilmirik. “
Bir ailənin tamamilə itməsi faciəvi hadisədir. İndi Fəridə bibisini və onun ailəsini yalnız şəkillərdən tanıyır. Deyir ki, müharibəni öz gözləri ilə görsə də, indi xatırlamır, amma yaxınları itiməyin acısını indi də hiss edir. Şükür edir ki, onun valideynləri sağ-salamat Xocalını tərk ediblər. “Bu şans məsələsi idi ki, biz sağ qalmışıq. Buna görə həmişə şükür edirəm”.
Fəridə deyir ki, heç vaxt ermənilərlə münasibətinin olmasını istəməyib. “Nifrət edirəm. Ağına da lənət, qarasına da. (Azərbaycanlılar bu deyimi ilanlar haqqında işlədir: İlanın ağına da lənət, qarasına da). Özümsə heç nə xatırlamıram.“
Hazırladı: Şahnaz Hasanova
hasanova.sh@gmail.com